Xaçmazda piyada qəza nəticəsində ölüb. Bu haqda ShimalNews 26 dekabr tarixində məlumat verir.
Hadisə Armudpadar kəndi ərazisində baş verib. Yolu keçən Arif Vəlibəyovu müəyyən edilməyən avtomobil vurulub. Rayon sakini yerindəcə dünyasını dəyişib.
Vəlibəyovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.