Xaçmazda bir neçə kəndin istifadə etdiyi yol yararsız vəziyyətə düşüb. Bu barədə ShimalNews 28 fevral tarixində məlumat verir.
Söhbət Müşviq kəndinin yolundan gedir. Burada təmir işləri sovet dönəmində aparılıb. Hazırda isə sakinlərin sözlərinə görə, nəqliyyat vasitələrinin hərəkəti texnikanın nasazlığına gətirib çıxarır. Eləcə də uşaqlar piyada məktəbə gedərkən əziyyət çəkirlər.
Vəziyyətlə bağlı müvafiq qurumlara müraciətlər olunsa da, məsələ həllini tapmayıb.
Həmin ərazinin vəziyyəti haqda görüntüləri oxucularımızla bölüşürük: