Xaçmazın kəndi problemlər içində “boğulur”. ShimalNews bu haqda 2 mart tarixində xəbər verir.
Qımılqışlaqda yollar bərbad vəziyyətdədir. Küçələr boyu çala-çuxurlara rast gəlinir. Yağışlı və qarlı havalarda ətrafı palçıq örtür. İnsanların hərəkəti çətinləşir.
Kəndin digər problemi internet və işıqla bağlıdır. Şikayətçilər bildirirlər ki, taxtadan olan dirəklər artıq çürüyüb. Bəziləri isə aşmaq üzrədir. Üzərində asılı qalmış kabellər isə təhlükə saçır.