Xaçmazda istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanları yenilənib. Bu barədə ShimalNews 23 dekabr tarixində məlumat verir.
“Siqnal” İdarəsi sürücülər üçün çətinlik yaradan nişanları yeniləyib. Eləcə də işıqqaytarıcı elementlər quraşdırılıb, silinmiş nişanlanma xətləri və yol-cizgi işarələri boyanır, işıqforlara isə texniki qulluq həyata keçirilir.