Xaçmaz rayonunda 2 minik avtomobili toqquşub. Bu haqda 29 mart tarixində Shimal.news xəbər verir.
Yol-nəqliyyat hadisəsi Qusarçay kəndinin yaxınlığında baş verib. Burada “VAZ-2107” markalı avtomobil “BMW” markalı avtomobilə çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.