top
Vətən müharibəsi şəhidlərimizin doğum günüdür
02 aprel 2026, 10:50
- ↺ +

Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhidlər - İsgəndər Allahverdiyev, Mayıl Kürəbəyov və İsmət İmanovun doğum günüdür.

İsgəndər Nəsir oğlu Allahverdiyev 1999-cu il aprelin 2-də Qax rayonunun Şotavar kəndində anadan olub.
2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb, 2018-ci ilin oktyabrında xidmətini uğurla başa vurub.

O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabrın 8-də həmin istiqamətdə gedən döyüşlər zamanı şəhid olub.

İsgəndər Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

İsmət Qismət oğlu İmanov 1998-ci il aprelin 2-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2016-cı il aprelin 4-də hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 29-dan etibarən könüllü əsgər kimi Vətən müharibəsində iştirak edib. 2020-ci il noyabrın 8-də Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Mayıl Kamran oğlu Kürəbəyov 2001-ci il aprelin 2-də Qusar rayonunun Urva kəndində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətinin başa çatmasına az qalmış Vətən müharibəsi başlayıb.

Mayıl Kürəbəyov 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər