Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə V Şəbəkələşmə Forumu Xaçmaz rayonunda keçiriləcək.
Shimal.News xəbər verir ki, tədbir dekabrın 20–21-də baş tutacaq.
İki gün ərzində gənc müəllimlər üçün aşağıda qeyd olunan mövzularda sessiyalar təşkil olunacaq:
-İstedadlı uşaqlarla işin təşkili;
-Media savadlılığı;
-Maliyyə savadlılığı;
-Rəqəmsal savadlılıq;
-Süni intellektin tədrisdə tətbiqi.
V Şəbəkələşmə Forumunun əsas məqsədi gənc müəllimlər arasında qarşılıqlı əlaqəni gücləndirmək, onların peşəkar inkişafına dəstək olmaq və müasir tədris tələblərinə uyğun bilik və bacarıqlarını artırmaqdır. Bununla müəllimlərə həm nəzəri, həm də praktiki təcrübə qazanmaq imkanı yaradılacaq.