top
Uşağın ölümünə səbəb olan qadın sürücünün cəzası dəyişdirildi
05 sentyabr 2025, 11:30
- +

Uşağın ölümünə səbəb olan qadın sürücünün cəzası dəyişdirildi

Şəki Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Günay Hüseynovanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın məlumatına görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Qax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli hökmü cinayət qanununun normasının tələblərinə uyğun olaraq dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi hamilə olduğuna görə uşaq ön dörd yаşınа çаtаnаdək təxirə salınıb. Günay Hüseynovanın cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin icraya yönəldiyi vaxtdan, onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasınа dair müddəalar hökmdən xaric olunub.

İttihama görə, hadisə 12 noyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Qax giriş avtomobil yolunun Qax rayonu, Əmircan kəndi ərazisindən keçən 11-ci km-də qeydə alınıb.

Günay Hüseynova idarə etdiyi, həyat yoldaşına məxsus “Nissan Sunny” markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı qoz ağacına çırpılıb. Nəticədə avtomobildə olan uşaq C.Abbaslı yerindəcə ölüb.

Günay Hüseynova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Qax Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər

İdman
Bu gün, 17:10

"Neftçi" 1000-cü oyununu Qəbələdə keçirəcək – yubileyə bir addım qalıb

Cəmiyyət
Bu gün, 16:30

Prezident və birinci xanım Şamaxıya səfər ediblər

Hadisə
Bu gün, 15:09

Şəkidə fərdi yaşayış evi yandı – ev sahibəsi xəsarət aldı - FOTO

Cəmiyyət
Bu gün, 14:59

Xaçmazda məktəb ətrafında piyada zolaqları yoxdur – Valideynlər narahatdır

İqtisadiyyat
Bu gün, 14:03

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

İdman
Bu gün, 13:33

"Qəbələ"nin yeni baş məşqçisinin köməkçisi bəlli oldu

Siyasət
Bu gün, 13:00

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

İqtisadiyyat
Bu gün, 12:30

Qusarda kənd yumurtası bahalaşdı

Cəmiyyət
Bu gün, 11:46

Qəbələ və Zaqatala üçün yeni beynəlxalq hava marşrutu

Cəmiyyət
Bu gün, 11:11

Xaçmazda kənd yolunun kənarı zibilliyə çevrilir – Sakinlər narazıdır

Hadisə
Bu gün, 10:14

Zaqatalada güllə yarası almış kişi meyit tapıldı

Cəmiyyət
Bu gün, 09:47

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 09:15

61 yaşlı Şamaxı sakini üzüm yığır: "İşimi sevirəm"

Hadisə
Dünən, 17:59

Şabranda aldığı qarpızlar xarab çıxan kişi satıcını döydü

Cəmiyyət
Dünən, 17:27

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Cəmiyyət
Dünən, 16:49

Quba-Xaçmaz bölgəsində böyük layihə hazırlanır

Cəmiyyət
Dünən, 15:54

Qubada şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikiləcək

İqtisadiyyat
Dünən, 14:40

Turşular bazarlarda neçəyə satılır?

İdman
Dünən, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Dünən, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Dünən, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Dünən, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Dünən, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Dünən, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

Oxşar xəbərlər