top
Ucqar kənddən yüksələn işıq: Müəllimin böyük missiyası
Foto
23 fevral 2026, 13:31
- ↺ +

Ucqar kənddən yüksələn işıq: Müəllimin böyük missiyası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələnin Aydınqışlaq kəndi adətən sadə bir kənd təsiri bağışlayır: dumanlı səhərləri, dağlara söykənmiş evləri, həyətlərdə oynayan uşaqların səsi… Lakin kəndin mərkəzində yerləşən tam orta məktəbə daxil olanda hiss edirsən ki, burada daha böyük bir həyat — ucqar bir kəndin gələcəyini dəyişməyə çalışan müəllimlərin səsi, addımları və şagirdlərin yüksəlişi var.

Bakıda başlayan yol, Qəbələdə məsuliyyətə çevrilən həyat

Bakıda doğulan, Slavyan Universitetinin tərcümə fakültəsini bitirən Rəna Məhəmmədəlizadə üçün müəllimlik nə zaman həyat missiyasına çevrildi? O, bunu təbəssümlə belə anladır: "Mən müəllimlik peşəsini seçməyi planlaşdırmırdım… Amma həyat insanı bəzən öz doğru yoluna aparır. Qəbələyə köçəndən sonra gördüm ki, burada uşaqlar üçün mənəvi boşluq var və mən bu boşluğu doldura bilərəm".

2016-cı ildə ailə quraraq Qəbələyə köçən Rəna müəllim üçün bu addım taleyinin dönüş nöqtəsi oldu. Çünki elə burada, Aydınqışlaq kəndində müəllimlik fəaliyyətinə başladı.

Aydınqışlaq kənd məktəbində başlayan hekayə

2021-ci ildə kənd məktəbində tərbiyəçi müəllim kimi fəaliyyətə başlayan Rəna müəllim məktəbə daxil olan ilk gününü belə xatırlayır: "Uşaqların baxışlarında həm sevinc, həm də tərəddüd vardı. Mənə yaxınlaşıb soruşurdular: "Müəllimə, biz bu gün nə oynayacağıq?"". O an başa düşdüm ki, bu uşaqlar üçün oyun sadəcə əyləncə deyil, dünya ilə tanışlıq vasitəsidir".

Onun tədris metodlarında rollu oyunlar, təxəyyül tapşırıqları, qrup dinamika məşğələləri mühüm yer tutur. Çünki yaxşı bilir ki, məktəbəqədər yaşda şagirdin düşüncə mexanizmi məhz oyun vasitəsilə aktivləşir. Uşaqlar dairə şəklində oturub "Ətraf mühitin qəhrəmanları" adlı oyuna başlayırlar. Kimsə ağac olur, kimsə quş, bəzisi külək… Rəna müəllim sakitcə uşaqlarla yanaşı oturub onların yaratdığı dünyaya nəvazişlə rəhbərlik edir.

Rəna müəllim qeyd edir ki, Uşaq özünü ifadə etməyi öyrənəndə gələcəkdə cəmiyyətə inteqrasiya bacarığı daha güclü olur. İcma əsaslı təhsilin mahiyyəti də budur, uşağın təhsilinə ailəni, müəllimi və bütün icmanı cəlb etmək.

Rayon üzrə mentorluq – təhsilin keyfiyyətinin yüksəlişinə doğru

Rəna müəllimin pedaqoji fəaliyyətinə verilən ən böyük dəyər onun Qəbələ rayonunda icma əsaslı məktəbəqədər təhsil üzrə mentor seçilməsi oldu. Bu, sadəcə bir vəzifə deyil, etimad idi. O, icma əsaslı təhsilin mahiyyətini belə izah edir:
"Əgər müəllim ailəni prosesə cəlb etmirsə, təhsil yarımçıq qalır. Əgər uşaq icmada qəbul olunmursa, özünü ifadə edə bilmir. Biz tərbiyəçi müəllimlər uşağın dünyasını bütöv şəkildə qurmalıyıq".

Autizmli uşaqlarla iş – empatiyanın ən ağır sınağı

2024-cü ildə dövlət bağçalarına inspektor təyin olunan Rəna müəllim autizmli uşaqlarla işləməyə başlayır. Bu, onun üçün həm çətin, həm də çox dəyərli proses olur. O deyir: "Autizmli uşaq səni anlamaq üçün sənin dünyana gəlmir. Sən onun dünyasına keçməlisən".

Qrant layihə rəhbəri - müəllimlərin inkişafına yönələn proqram

2024-cü ildə qazandığı qrant layihəsi çərçivəsində müəllimlər üçün inkişaf proqramı hazırlayıb, mentorluq sistemi qurub, praktiki təlimlər keçib, ailə tipli icmalar üçün pedaqoji modellər yaradıb. O, bizimlə söhbəti zamanı bildirir ki, müəllim özünü inkişaf etdirmirsə, uşağın inkişafına nə verəcək? Mən müəllimə güc verəndə, o gələcək nəsli gücləndirir.

Gənc tərbiyəçi müəllimlərin koordinatoru — birləşdirən, istiqamət verən, yol açan 

Hazırda Rəna müəllim Qəbələdə gənc tərbiyəçi müəllimlər birliyinin koordinatorudur. Bu birlik gənc müəllimlər üçün bir güc mərkəzi, bir məktəb rolunu oynayır. Burada onlar yeni metodlarla tanış olur, bir-birindən öyrənir, həmrəy şəkildə inkişaf edirlər. Rəna müəllim bütün gördüyü işlərin arxasında böyük fədakarlığın dayandığını gizlətmir: "Uzaq kəndlərə gedib-gəlmək, müxtəlif xarakterli uşaqlarla işləmək, müəllimlərə mentorluq etmək asan deyil. Amma hər dəfə uşaqların gülüşünü görəndə bütün çətinliklər əriyib gedir". 

Onun hekayəsi çətinliklərə rəğmən təhsil üçün çalışan yüzlərlə müəllimin səsini simvolizə edir: "Ucqar kənddə belə olsa, bir müəllim bir icmanın taleyini dəyişə bilər".

Rəna müəllimin hekayəsi təkcə bir müəllimin həyat yolu deyil. Bu, müəllimlik missiyasının, şəxsi fədakarlığın, ucqar bölgələrdə təhsilə inamın, icma əsaslı təhsilin gücünün hekayəsidir. O, Qəbələnin Aydınqışlaq kəndində yalnız uşaqları deyil, ailələri, icmaları, tərbiyəçiləri, gənc müəllimləri də birləşdirən bir təhsil işığına bələdçilik edir.
 

Bu işıq böyüdükcə, kəndlərin, rayonların və bütövlükdə ölkənin təhsil xəritəsi də işıqlanır. 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər