Tonqal qalanması qədim ənənə olsa da, yanğın riski yaradır.
Shimal.News xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Novruz bayramı ilə bağlı vətəndaşlara müraciət edib.
Bildirilib ki, xüsusilə yaşayış binalarının həyətində, avtomobillərin, elektrik xətlərinin, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqal qalamaq təhlükəlidir.
Qurumlar vətəndaşları tonqalı yanar obyektlərdən ən azı 50 metr aralıda yandırmağa, azyaşlıları nəzarətdə saxlamağa və tonqal tam sönənədək diqqətli olmağa çağırır. Həmçinin şamların nəzarətsiz qalmaması tövsiyə olunur.
Qeyd olunub ki, hər il ehtiyatsızlıq səbəbindən yanğın və xəsarət halları baş verir. Müraciətdə hər kəs təhlükəsizlik qaydalarına əməl etməyə dəvət olunub.