top
Şimalın şəhid müəllimləri – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür
Foto
Bu gün, 11:30
- ↺ +

Şimalın şəhid müəllimləri – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Vətən müharibəsində şəhid olan təhsil işçiləri arasında Şamaxı və Oğuzdan olan müəllimlər də var.

Shimal.News xəbər verir ki, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür.

44 günlük Vətən müharibəsində Azərbaycanın təhsil işçiləri də torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Məlumata görə, müharibə zamanı 700-ə yaxın təhsil işçisi döyüşlərdə iştirak edib, onlardan 20-si şəhidlik zirvəsinə ucalıb. Şimal bölgəsindən olan müəllimlər də həmin sırada yer alıb.

Elgün Quliyev 17 sentyabr 1992-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. O, 2020-ci ildə müəllimlərin işə qəbulu imtahanından keçərək Lerik rayonunun Sors kəndində müəllim kimi fəaliyyətə başlayıb.

Elgün Quliyev 9 noyabr 2020-ci ildə Şuşa uğrunda döyüşlərdə şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Rəvan Lətifov isə 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. O, Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, daha sonra isə həmin məktəbdə təşkilatçı müavin vəzifəsində çalışıb.

Rəvan Lətifov 6 noyabr 2020-ci ildə Daşaltı–Şuşa istiqamətində döyüşlərdə şəhid olub.

Şəhid müəllim "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:40

Şimalda təhsil işçiləri təltif edili

Cəmiyyət
Bu gün, 10:02

Qusarlı Prezident mükafatçısı Sərxan Ağadadaşov evlənib

Cəmiyyət
Bu gün, 09:20

Oğuzlu şəhidin oğlu: "Atamla qürur duyuram"

Cəmiyyət
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Cəmiyyət
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 9-cu günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 14:33

Qubada avtomobilin vurduğu məktəbli Bakıda vəfat edib

Hadisə
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Cəmiyyət
03 oktyabr 2026, 18:00

Qaxda yağış yağanda küçə suya qərq olur

Hadisə
03 oktyabr 2026, 17:00

Xaçmazda dam söküldü, mənzil su altında qaldı -"Allahın işidir" deyib məsuliyyətdən yayındılar

Cəmiyyət
03 oktyabr 2026, 16:00

Güclü yağışların Zaqatalada yaratdığı problemlərlə bağlı tədbir görülür

Hadisə
03 oktyabr 2026, 15:00

Quba-Xınalıq yolunda sürüşmə: hərəkət dayandı

Hadisə
03 oktyabr 2026, 14:26

Şimalda körpülərin acı mənzərəsi: təhlükə və gecikən müdaxilələr

Cəmiyyət
03 oktyabr 2026, 13:00

Sabah dağlıq ərazilərə qar yağacaq

Cəmiyyət
03 oktyabr 2026, 12:00

Hava kəskin dəyişdi: Qar və leysan

Cəmiyyət
03 oktyabr 2026, 11:00

Qubaya qar yağıb

Hadisə
03 oktyabr 2026, 10:00

Xaçmazda ağır qəza: 3 nəfər yaralandı

Cəmiyyət
03 oktyabr 2026, 09:05

İki dəfə yaralandı, amma döyüş meydanını tərk etmədi

Cəmiyyət
03 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 7-ci günü: Suqovuşan azad edildi

Hadisə
02 oktyabr 2026, 18:04

Xaçmazlı 3 uşaq atası Rusiya-Ukrayna müharibəsində həlak oldu - ÖZƏL

İdman
02 oktyabr 2026, 17:59

"Şahdağ Qusar" – "Zaqatala": Qonaq komandanın baş məşqçisi qələbə istəyir

Cəmiyyət
02 oktyabr 2026, 17:40

Şimallı igid şəhidlərimizin doğum günüdür

Oxşar xəbərlər