top
Şimalın igid şəhidlərinin doğum günüdür
20 aprel 2026, 11:00
- ↺ +

Şimalın igid şəhidlərinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhidlərimiz - Nurağa Tağıyev, Elnur Kərimov və Rizvan Əhmədovun doğum günüdür.

Nurağa Davud oğlu Tağıyev 20 aprel 2001-ci ildə Xaçmaz rayonunda anadan olub. 2018-ci ildə 3 nömrəli tam orta məktəbi bitirib və hərbi xidmətə yollanıb.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası məqsədilə başlanan Vətən müharibəsində iştirak edib. Goranboy rayonunun Ağcakənd qəsəbəsində hərbi xidmətini davam etdirib. Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində, Murovdağda şəhid olub.

Nurağa Tağıyev "İgidliyə görə", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Elnur Adil oğlu Kərimov 20 aprel 1994-cü ildə Qax rayonunun Almalı kəndində anadan olub. 2023-cü ilin yazında könüllü olaraq hərbi xidmətini davam etdirmək üçün yenidən MAXE kimi xidmətə qayıdıb. Qeyd edək ki, Elnur Kərimov evli idi və bir oğlu var.

O, ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Rizvan Niyazi oğlu Əhmədov 20 aprel 1996-cı ildə Şəki rayonunun Cumakənd kəndində anadan olub. Cumakənd kənd tam orta məktəbini bitirib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Bir müddət mülki sahədə çalışdıqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "gizir hazırlığı" kurslarında iştirak edib və "gizir" rütbəsi ilə xidmətini davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Rizvan Əhmədov 21 sentyabr 2023-cü il tarixində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi şəhərində şəhid olub.

O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.


 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər