Şəhərlərarası avtobus marşrutlarında sərnişin biletlərinin yeni tarifləri elan olunub. Bu haqda ShimalNews 2 fevral tarixində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən məlumat verir.
Tarif Şurasının yanvarın 31-i keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərara əsasən, tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində təyin edilib. Beləliklə, avtobus biletinin qiyməti aşağıdakı kimi müəyyən edilir: