Dumanlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda görmə məsafəsinin məhdudlaşacağı gözlənilir. Bu barədə ShimalNews 2 yanvar tarixində Lent.az-a istinadən məlumat verir.
Yanvarın 3-də, əsasən, gecə və səhər saatlarında duman ilə əlaqədar Quba-Qusar, Quba-Xaçmaz magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı proqnozlaşdırılır. Bundan əlavə, dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.