Quba şəhəri H.Əliyev prospektində avtomobillərə təhlükə yaradan hal aradan qaldırılıb.
Bu barədə Shimal.News-a sürücülər xəbər veriblər. Onlar bildirirlər ki, bir müddət öncə redaksiya tərəfindən “Qafqazoil” YDM-in yaxınlığında işıqforun uzun müddət çalışmadığı barədə xəbər dərc edilib. Xəbər yayıldıqdan sonra müvafiq qurumlar hərəkətə keçiblər və artıq məsələ həllini tapıb.
“Məlum məsələdir ki, Qubada ən çox qəza olan yerlərdən biri buradır. Ona görə də işıqforun çalışması çox önəmlidir”, - deyə sürücülər bildiriblər.