Şəki rayonunun Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Apa.az-ın məlumatına görə, Oğuz rayon sakini, 36 yaşlı Firqət Haşimovun idarə etdiyi “Toyota” markalı avtomobil aşıb.
Nəticədə sürücü F.Haşimov, onun 2024-cü il təvəllüdlü qızı A.Haşimova və 1987-ci il təvəllüdlü Nərmin Rzayeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.