top
Şabranda DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – TƏFƏRRÜATI
13 may 2025, 12:44
- ↺ +

Şabranda DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – TƏFƏRRÜATI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının düşdüyü qəza ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Teleqraf.аz-ın məlumatına görə, hadisə ötən ilin iyun ayında Şabran rayonunun Dəvəçi kəndində baş verib.

“Shacman” yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Nəticədə Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Pəri Vəliyeva, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 1994-cü il təvəllüdlü Vahid Əmirli qəza zamanı aldığı xəsarətlərdən ölüb.

İstintaq araşdırması zamanı qəzaya “Shacman” sürücüsünün səbəbkar olduğu müəyyən edilib.

Yük avtomobilinin sürücüsü olan Quba rayon sakini 1977-ci il təvəllüdlü Vüsal Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 1997-ci ildən etibarən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir: “Son dəfə sürücülük vəsiqəsini 2018-ci ildə dəyişmişəm. Hazırkı sürücülük vəsiqəm də “BC” kateqoriyalıdır. Avtomobil idarə etdiyim müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişəm və sürücülük hüququndan məhrum olunmamışam.

Mirzə Muradxan oğlunun mülkiyyətində olan “Shacman SX 331” markalı nəqliyyat vasitəsini 2023-cü ildən başlayaraq etibarnamə əsasında idarə edirəm. Texniki cəhətdən saz vəziyyətdə olan yük avtomobili ilə bir aydır ki, Şabran şəhərində yerləşən “Kolin” adlı şirkətinin ərazisindən orta ölçülü doğranmış daşlardan ibarət yükü Xaçmaz rayonunun Yalama kəndindəki təmir işləri aparılan dəmir yol stansiyasına daşımışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü il iyulun 1-də saat 7:40-da idarə etdiyi yük avtomobili ilə işə gedərkən yolda həyat yoldaşı Aynur Şahverdiya mobil telefonuna zəng vurub və xroniki ürək xəstəsi olan kiçik qızı Vəfanın qəfildən halının pisləşdiyini deyib, ondan təcili evə qayıtmasını xahiş edib:

“Zəngdən sonra evə qayıdası oldum. Saat 7:55-də idarə etdiyim yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçi kəndi ərazisindən keçən 127,5-ci kilometrində Quba istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxardım. Yolun Quba və Bakı istiqamətlərində olan hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçiddən geriyə dönərək yolun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil oldum.

Bakı istiqamətindən gələn avtomobillərin uzaqda olduğunu zənn etdim, saatda 10-15 kilometr sürətlə yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsinə daxil oldum. Bu zaman Quba rayonu istiqamətində hərəkət edən “Mercedes Benz E 200” markalı minik avtomobilinin qabaq sağ tərəfi ilə idarə etdiyim yük avtomobilinin sol yan hissəsi arasında toqquşma baş verdi.

İdarə etdiyim avtomobildən düşəndən sonra məlum oldu ki, hadisə nəticəsində “Mercedes Benz E 200” minik markalı minik avtomobilin sürücüsü İlqar Abdullayev, arxa oturacaqda əyləşmiş sərnişinlər – Pəri Vəliyeva və Seyidağa Səmədov müxtəlif ağır bədən xəsarətləri alıblar. Həmin minik avtomobilində qabaq sağ oturacaqda əyləşmiş sərnişin Vahid Əmirli isə hadisə nəticəsində aldığı ağır xəsarətlər səbəbindən ölüb.

Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün hər üç xəsarət almış şəxsi Şabran Rayon Mərkəzi Xəstəxanasına, mərhum Vahid Əmirlinin meyitini isə rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya apardılar. Mən hadisə zamanı heç bir xəsarət almamışam və hadisə yerində olmuşam. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş polis əməkdaşları mənim iştirakım ilə hadisə yerinə baxış keçirdilər”.

İş üzrə zərərçəkmiş Vahid Əmirlinin hüquqi varisi qismində ifadə verən atası Seymur Əmirlinin sözlərinə görə, üç oğul övladı var, mərhum onun ortancıl oğlu idi: “Vahid 2019-cu ildə ailə qurub, 4 yaşlı Elnarə adlı qızı var. O, 2019-cu ildə Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində işə qəbul olunub, Samur Gömrük postunda mühafizəçi işləyib, rütbəsi gömrük xidməti kapitanı olub”.

“Mercedes” markalı avtomobilin sürücüsü İlqar Abdullayev zərərçəkmiş qismində ifadə verib. O, bildirib ki, hadisə zamanı ölən və yaralanan Dövlət Gömrük Komitəsinin işçiləri onun avtomobili ilə işə gediblər, onun özü taksi sürücüsü olub. Həmin şəxsləri Bakıdan rayon aparırmış.

Onu da qeyd edək ki, yaralanan zərərçəkmişlərdən biri Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Samur Gömrük Postunda böyük inspektoru, digəri isə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Samur Gömrük Postunda baş müfəttiş vəzifəsində xidmət edib.

Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilib. O, dərhal məhkəmə iclas zalında həbs edilib.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər