Mayın 5-7-də Azərbaycanın bəzi şimal rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.