Şimal rayonlarında iyulun 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz keçəcək.
Gecə və səhər dağlarda duman olacaq, mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 33-38°, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacaq.