Şimal rayonlarında mayın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.
Bu baradə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-9° isti olacaq.