Şimal rayonlarında martın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
Bu baradə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz olacaq. Səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntı və qar gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxması və dolu düşmə ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.