Şimal rayonlarında fevralın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Bu baradə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı ehtimalı var.
Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-6° isti, dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.