Millət vəkili Vahid Əhmədov bildirib ki, Bakıdan Rusiya sərhədinə kimi çəkilən yeni yol bu ilin mayında istifadəyə veriləcək. Bu barədə ShimalNews 3 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.
“Agentlikdən mənə dedilər ki, yolun tamamlanması üzrə son mərhələ işləri görülür. Bütün məsələlər dəqiqiliklə bir daha nəzərdən keçirilir ki, yol açıldıqdan sonra hər hansı problem yaranmasın”, - deyə deputat bildirib.
Yolun ümummilli lider Heydər Əliyevin 100 illik yubleyində açılması planlaşdırılır.