Qusar rayonunda yol-nəqliyyat hadisəsində 1 nəfər avtomobildə sıxılaraq qalıb. Bu barədə ShimalNews 5 fevral tarixində məlumat verir.
Qəza Qusar-Quba avtomobil yolunda baş verib. “VAZ” və “Opel” markalı avtomobillər toqquşub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub. Nəticədə 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.