top
Qusarda qardaşının toyundan qayıdan gənc ölümlə nəticələnən qəza törədib – TƏFƏRRÜAT
22 may 2025, 13:40
- ↺ +

Qusarda qardaşının toyundan qayıdan gənc ölümlə nəticələnən qəza törədib – TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusarda yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan rayon sakini, 2002-ci il təvəllüdlü Bəhram Məmmədbəyovun cinayət işinə baxılıb.

Teleqraf.аz-ın məlumatına görə, o, idarə etdiyi “VAZ 2110” markalı avtomobillə Qusar rayonunun Yuxarı-Kalanxur kəndindən toy məclisində işləyən masadarları rayonun Kirig kəndinə aparmaq üçün yola düşüb.

Rayonun Həzrə kəndinin daxilində yol hərəkəti qaydalarını pozan sürücü sürət həddini aşıb. O, eyni istiqamətdə yolun sağ kənarı ilə hərəkətdə olan şəxsi vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Məmmədbəyovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram Məmmədbəyov ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, etibarnamə əsasında qardaşı Rəşad Məmmədbəyova məxsus avtomobili idarə edib:

“2024-cü ilin oktyabrın 27-də qardaşımın toy məclisi oldu, bununla əlaqədar rayonun Yuxarı-Kalanxur kəndində toy etdik. Toy məclisi üçün masadarları rayonun Kirig kəndindən gətirmişdim. Toy məclisi bitəndən sonra masadarları götürərək rayonun Kirig kəndinə aparmaq üçün avtomobillə yola düşdüm. Avtomobildə 5 nəfər ofisiant olub, arxa oturacaqda oturan masadarlar yatıb. Ön oturacaqda oturan Ramil adlı ofisiant oyaq idi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Həzrə kəndində avtomobillə saatda 60 kilometr sürətlə hərəkət edib, kəndin daxilində heç bir işıqlandırma olmadığı üçün yol zəif görünüb: “Qarşı tərəfdən ağ rəngli “Ford” markalı yük avtomobilinə bənzər avtomobil hərəkət edirdi. Avtomobil çox sürətlə yaxınlaşdı. İşıqları çox güclü idi, uzaqvuran işıqlar qoşulmuşdu. Arada 20-25 metr məsafə qalmış gözlərim anidən qamaşdı, yolu yaxşı görmədim. Göz qamaşması təxminən 2 saniyəyə qədər davam etdi. Qəfil yolun sağ kənarında, yolun hərəkət hissəsi ilə eyni istiqamətdə adi yerişlə hərəkət edən qara geyimli piyadanı gördüm. Dərhal əyləc pedalını sıxdım. Lakin məsafə az olduğu üçün avtomobili saxlaya bilmədim. Maşın piyadanı ön sağ hissəsi ilə vurub keçdi, piyada yoldan kənara düşdü.

Avtomobilimi sürərək 15 metr sonra yolun sağ kənarında saxladım. Aşağı düşüb təcili tibbi yardıma zəng elədik. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəldi. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib.

Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər