Qusar-SDK yolunda 2 avtomobil toqquşub.
Shimal.News-un əldə etdiyi məlumatına görə, hadisə fevralın 17-si səhər saatlarında qeydə alınıb.
“VAZ-2107” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə sonuncu yol kənarındakı çökəkliyə düşüb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, xoşbəxtlikdən xəsarət alan olmayıb.