Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.
Bu barədə Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.
O qeyd edib ki, bununla bağlı komissiyanın sabahkı iclasında müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.
İclasın gündəliyinə görə, Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif edilir.