top
Qubanın bu kəndinə Təcili yardım belə gələ bilmir
Video
25 iyun 2026, 16:51
- ↺ +

Qubanın bu kəndinə Təcili yardım belə gələ bilmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Zərqava kəndinin "İnqilab" məhəlləsində yaşayanlar yararsız yol şəraitindən şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, yolun bərbad vəziyyəti səbəbindən nəqliyyat vasitələri əraziyə daxil ola bilmir, bu isə xüsusilə xəstələrin, məktəblilərin və yaşlı insanların hərəkətini çətinləşdirir.

"Anam yaşlı qadındır, vəziyyəti pisləşəndə təcili yardım çağırdıq. Amma avtomobil evimizə çata bilmədi. Onu beş-altı nəfərlə qucaqda kəndin mərkəzinə qədər apardıq, oradan isə xəstəxanaya çatdırdılar", – deyə sakinlərdən biri bildirib.

Kənd camaatının sözlərinə görə, yağışlı havalarda yol tamamilə keçilməz olur. Uşaqlar məktəbə getməkdə çətinlik çəkir, avtomobillər isə kəndin aşağı hissəsində qalır. Sakinlər gündəlik ərzaq və digər yükləri kilometrlərlə məsafəni piyada qət edərək daşımalı olurlar.

"Qonaqlarımız yarı yoldan geri qayıdır. Məcbur olub qaz balonunu, ərzağı və digər yükləri belimizdə evə gətiririk. Bəzən bunu atla belə etmək mümkün olmur", – deyə kənd sakinləri bildiriblər.

Sakinlər qeyd edirlər ki, bir neçə il əvvəl yolu öz vəsaitləri hesabına qismən bərpa etsələr də, son daşqınlar nəticəsində görülən işlər yenidən sıradan çıxıb. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

Məsələ ilə bağlı açıqlama verən yerli bələdiyyə nümayəndəsi bildirib ki, sözügedən küçənin uzunluğu təxminən 1 kilometrdir və yeni bələdiyyə yaradıldıqdan sonra burada bir neçə dəfə texnika işləyib. O qeyd edib ki, yaxın vaxtlarda bələdiyyənin imkanları çərçivəsində həmin küçədə təmir işlərinin aparılması planlaşdırılır.


 

Mənbə: Baku TV

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər