İki mindən çox sakinin istifadə etdiyi yol acınacaqlı vəziyyətdədir.
Bu barədə Shimal.News-a sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, cəmi 1,5 km uzunluğundakı Quba-Bağbanlı-Qəcər Zeyid yoluna ötən əsrin 80-ci illərində asfalt çəkilib.
Yol indiyədək heç vaxt əsaslı təmir olunmayıb. Burada yaranan iri çalalar avtomobillərin hərəkətində ciddi çətinliklər yaradır, eləcə də nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, qeyd edilən problemlə bağlı müvafiq qurumlara dəfələrlə müraciət olunsa da hələ ki, nəticə yoxdur.
Посмотреть эту публикацию в Instagram