top
Qubanın 6 kəndinin mərkəz ilə əlaqəsi yenidən bərpa olundu
Video
24 iyun 2026, 13:57
- +

Qubanın 6 kəndinin mərkəz ilə əlaqəsi yenidən bərpa olundu

Xəbər verdiyimiz kimi, Quba rayonunun Tüləkaran kəndi istiqamətində baş verən torpaq sürüşməsi nəticəsində avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb.

Sürüşmə nəticəsində yol yatağı çökərək dərin yarğan əmələ gətirib. Hadisə zamanı ərazidən keçən rabitə və elektrik xətləri də zədələnib.

Sürüşmə səbəbindən 6 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Yerli sakinlər bildirirlər ki, uzun illərdir həmin ərazi düz yol olub və əvvəllər burada belə bir problem yaşanmayıb.

Problemin aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı Yol İstismar İdarəsi tərəfindən Ağçayın kənarı boyunca alternativ marşrutun inşası həyata keçirilib.

Qurumun nümayəndələrinin sözlərinə görə, ərazidə suyun axınının təmin edilməsi üçün borular quraşdırılıb, yolun üzərinə isə ilk mərhələdə 30 santimetr qalınlığında qırmadaş örtüyü salınıb. Yeni yolun ümumi uzunluğunun 2,5 kilometr olacağı bildirilir.

İşlərin növbəti mərhələsində əlavə qatın döşənməsi nəzərdə tutulur ki, nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə təmin olunsun.

Hazırda ərazidə sürüşmə prosesi nəzarətdə saxlanılır və aidiyyəti qurumlar vəziyyətin tam sabitləşdirilməsi istiqamətində işləri davam etdirirlər.



Mənbə: Xezerxeber.az

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər