top
Qubalı sürücülərin buz üzərində sürüşən ümidləri - VİDEO
20 fevral 2025, 20:18
- ↺ +

"Qubalı sürücülərin buz üzərində sürüşən ümidləri" - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kiçik Çillə Qubaya sərt üzünü göstərir.


Shimal.News məlumat verir ki, rayon ərazisində yollar buz bağlayıb, amma nə qum var, nə də duz.


Sürücülər isə sanki xizək üzərində avtomobil idarə edirlər. Adətən, belə hallarda müvafiq idarələr hərəkətə keçər, yollar təmizlənər, təhlükə sovuşar. Amma burada vəziyyət başqadır – yol idarəsinin texnikası hərəkətə keçmək üçün "köhnə təkərlər" bəhanəsinə sığınıb.


Təsəvvür edin, yanğını söndürmək üçün su yoxdur, xəstəni aparmaq üçün təcili tibbi yardım maşını "benzinimiz qurtarıb" deyir və ya bir əsgər döyüş meydanında "silahım xarabdır" bəhanəsi ilə səngərdə oturur.


Yol idarəsinin yanaşması da eynilə belədir: "Texnikamız var, amma hərəkət edə bilmir."


Bəs bu texnikanın təkərlərinin vaxtında dəyişdirilməsi kimin vəzifəsidir? Hər il dövlət büdcəsindən yolların qışa hazır olması üçün ayrılan vəsait hara gedir? Yoxsa, bu təkərlər yalnız hesabatlarda yenilənir?


Sürücülər məcburən öz çarələrini axtarır – biri maşının yük yerinə kisələrlə qum qoyur ki, ağırlaşsın, digəri təkərlərin hava təzyiqini azaldır ki, yola yapışsın, kim isə ümumiyyətlə, avtomobilini bir kənara qoyub piyada yola davam edir.


Ancaq bu yollar yalnız sürücülər üçün deyil, təcili tibbi yardım, yanğınsöndürən və digər operativ nəqliyyat vasitələri üçün də açıq olmalıdır.


Buzlu yolların qurbanları statistik rəqəmlərə çevriləndə, cavabdeh qurumlar məsələnin üstünə gedir, amma çox gec olur.


Bəlkə də yol idarəsinin bəhanələri buza səpilən duz kimi əriyib yox olacaq, amma o vaxta qədər sürücülərin duaları, manevrləri və ehtiyatlılıqları onların yeganə xilasıdır.


Qış hələ uzun sürəcək, sual isə qalır: Yolları təhlükəsiz edən yol idarəsinin vəzifəsi olmalıdır, yoxsa sadəcə, sürücülərin bacarığı?





Hacı Murad

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər