top
Qubalı şəhidlərimizin doğum günüdür
13 mart 2026, 17:30
- ↺ +

Qubalı şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Qubadan olan şəhidlərimiz - Səmural Fətəliyev və Afər Orucovun doğum günləridir.

Səmural Ayaz oğlu Fətəliyev 13 mart 1997-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. 2003-cü ildə Quba rayon Musa Qonaqov adına Əlibəyqışlaq kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2012-ci ildə Quba şəhərində yerləşən Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyə qəbul olub.

Liseyi başa vurduqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsinin "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına qəbul olunub.

2018-ci ildə ali təhsilini başa vuran Səmural həmin ilin iyul ayında qardaşı ilə birlikdə həqiqi hərbi xidmətə çağırılıb və Vətənə xidmətə yola salınıb.

2019-cu ilin iyul ayında ehtiyata buraxılıb. O, 2020-ci ildə könüllü olaraq Vətən müharibəsində iştirak edib. Füzuli uğrunda gedən ağır döyüşlərdə böyük şücaət göstərib. Qəhrəman döyüşçü 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Səmural Fətəliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Afər Yafət oğlu Orucov 13 mart 1996-cı ildə Quba rayonunun Aşağı Atuc kəndində anadan olub.

2001-2013-cü illərdə Quba rayonunun Aşağı Atuc kənd tam orta məktəbində təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. O, 7 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı şəhid olub.

Afər Orucov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər