Quba rayonunun Dağlı kəndində dəm qazı faciəsi bir nəfərin həyatına son qoyub.
Shimal.News-un məlumatına görə, 41 yaşlı Vüqar Qədirağa oğlu Atayev yaşadığı evin hamamında dəm qazından boğularaq vəfat edib.
Qeyd edək ki, mərhum Vüqar Atayev Dağlı kənd tam orta ümumtəhsil məktəbində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərib.
Məktəbin kollektivi onun vaxtsız vəfatını dərin hüznlə qarşılayıb. Bildirilib ki, o, pedaqoji fəaliyyətində məsuliyyətli, səmimi və fədakar müəllim kimi tanınıb, həmkarları və şagirdləri arasında böyük hörmət qazanıb.