Bakı-Quba və Quba-Xaçmaz yollarının işıqlandırılması işləri davam edir. Bu barədə ShimalNews 6 fevral tarixində xəbər verir.
Hazırda İqrığ, Nərimanovka və digər yaşayış məntəqələrinin ərazilərində briqadalar çalışır. Qazıntı ilə yanaşı, kabelləşmə işləri aparılır, hazır xətlərin üstü bağlanır və asfalt çəkilir.
İşıqlandırma prosesinin yaxın ay ərzində bitəcəyi gözlənilir.