top
Qubada zibil və sahibsiz it problemi bitmir ki, bitmir…
27 iyun 2025, 15:04
- +

Qubada zibil və sahibsiz it problemi bitmir ki, bitmir…

Quba rayonunun Alekseyevka kəndində zibil qutusu və sahibsiz it problemi narahatlıq yaradır.

Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, uzun müddətdir kəndin küçələrində zibil qutuları yoxdur.

Sakinlər məişət tullantılarını yaxınlıqdakı digər yaşayış məntəqələrinin — o cümlədən Quba şəhərinin küçələrində yerləşdirilən zibil qutularına daşımağa məcbur qalırlar.

Onlar bildirirlər ki, zibil qutularının olmaması həm ətraf mühitin çirklənməsinə, həm də tullantıların nəzarətsiz şəkildə atılmasına səbəb olur. Bu isə kənddə sanitar-gigiyenik vəziyyətin getdikcə pisləşməsi riskini artırır.

Digər ciddi problem isə sahibsiz itlərlə bağlıdır. Kənd sakinlərinin bildirdiyinə görə, küçələrdə sərbəst dolaşan sahibsiz itlər xüsusilə uşaqlar və yaşlılar üçün təhlükə mənbəyinə çevrilib. Axşam saatlarında və səhər tezdən insanlar kənddə sərbəst hərəkət edə bilmədiklərini, tez-tez itlərin hücum təhlükəsi ilə qarşılaşdıqlarını deyirlər.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin problemə hələ də ciddi şəkildə baxılmadığını bildirirlər. Onlar ərazidə zibil qutularının quraşdırılmasını və sahibsiz itlərlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirlər.

 

 

 

 

 

 

Son xəbərlər

İdman
Dünən, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
Dünən, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
Dünən, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
Dünən, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
Dünən, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
Dünən, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
Dünən, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
Dünən, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Dünən, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Dünən, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Dünən, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
14 sentyabr 2026, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
14 sentyabr 2026, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
14 sentyabr 2026, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
14 sentyabr 2026, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
14 sentyabr 2026, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
14 sentyabr 2026, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
14 sentyabr 2026, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
14 sentyabr 2026, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
14 sentyabr 2026, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
14 sentyabr 2026, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
14 sentyabr 2026, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Oxşar xəbərlər