Quba şəhərində saat 13:15 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 18 dekabr tarixində məlumat verir.
Qəza Mərkəzi Poçtun qarşısında baş verib. “Hyundai” markalı minik avtomobili piyada keçidindən istifadə edən şəxsə yol vermək istəyib. Bu zaman arxadan gələn “Moskviç” və “VAZ-2107” markalı avtomobil toqquşub və onlardan biri “Hyundai”a dəyib.
Xəsarət alan olmayıb.