Qubada avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Shimal.News xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) magistralında Çiçi-Səbətlər-Qənidərə-Sırt-Çiçi-Təngəaltı avtomobil yolu təmir olunacaq.
Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.