Quba rayonunun Digah kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə (FHN) xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.