Qubanın mərkəzi küçələrinin kəsişməsində 2 avtomobil toqquşub. Bu barədə ShimalNews 23 mart tarixində məlumat verir.
Hadisə M.P.Vaqif küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. “Lada” markalı avtomobil Həsən Əliyev küçəsindən M.P.Vaqif küçəsinə daxil olmaq istərkən əks-istiqamətdən gələn avtomobillə toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.
Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar. Hadisənin başvermə səbəbləri araşdırılır.