Qubadakı “Mübariz Petrol”un yanında yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 16 fevral tarixində məlumat verir.
Hadisə fevralın 15-i saat 20:20-də baş verib. Heydər Əliyev prospektində “VAZ” və “Opel” markalı avtomobillər toqquşub.
Əraziyə polis əməkdaşları cəlb edilib. Xəsarət alan yoxdur.