top
Qubada şirkət rəhbərinə 2000 manat cərimə
06 mart 2026, 15:22
- ↺ +

Qubada şirkət rəhbərinə 2000 manat cərimə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunda fəaliyyət göstərən "SS-Quba 2021" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Ramin Babayev cərimələnib.

Qaynarinfo.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi (DƏM) Quba–Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərov tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

Protokola əsasən, "SS-Quba 2021" MMC tərəfindən əmək müqaviləsində işçilərin əməkhaqqının respublika üzrə müəyyən edilmiş minimum əməkhaqqına (400 manat) uyğunlaşdırılması barədə icrası məcburi göstəriş verilsə də, şirkət rəhbəri bu tələbə əməl etməyib.

Məhkəmədə Ramin Babayev bildirib ki, rəhbəri olduğu MMC faktiki olaraq fəaliyyət göstərmir və yalnız onun özü şirkətin təsisçisi və yeganə işçisidir. Buna görə də pozuntu barədə hər hansı bildiriş almadığını qeyd edib.

Məhkəmənin qərarına əsasən, Ramin Babayev İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi üzrə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunub. İXM-in 116.1-ci maddəsinə uyğun olaraq, MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilib və əgər bu müddət ərzində pozuntular düzəldilərsə, cərimə ödənilməyəcək.

Qeyd edək ki, Ramin Babayev 2011–2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb və Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsində sosial sığorta sektorunda məsləhətçi vəzifəsində işləyib. İşdən çıxarıldıqdan sonra isə dəfələrlə nazirlikdən məhkəməyə şikayət vermişdir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər