Qubanın Zərdabi qəsəbəsində antisanitar hal yaranıb.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildiriblər ki, şəhid Səbuhi Əliyev küçəsində kanalizasiya suyu küçəyə axır:
“Bir neçə gündür ki, çirkab su küçə boyu axır. Ətrafda natəmizlik və pis qoxu yaradır. Bu bizi narahat edir”, - deyə sakinlər bildiriblər.
O da qeyd edilib ki, müvafiq qurumlara müraciət edilib. Hələ ki, heç bir nəticə yoxdur.