Qubada “Mercedes” markalı avtomobil ağaca və qaz xəttinə çarpılıb. Bu barədə ShimalNews 14 dekabr tarixində məlumat verir.
Hadisə saat 15:00 radələrində Quba-Xaçmaz yolunda baş verib. Avtomobil idarəetməni itirərək qəza edib və yararsız hala düşüb.
Əraziyə YPX-nin və “Azəriqaz” ASC-nin əməkdaşları cəlb olunublar. Şahidlər bildiriblər ki, sürücü yüngül xəsarət alıb.