Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 20 dekabr tarixində məlumat verir.
Hadisə dekabrın 19-u saat 23:00 radələrində baş verib. “VAZ-2107” və “Opel” markalı avtomobillər toqquşub. Hər 2 nəqliyyat vasitəsi yararsız hala düşüb.
Hadisə yerinə polis və sığorta əməkdaşları cəlb olunublar. Xəsarət alan olmayıb.
[caption id="attachment_33700" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]