Qubada saat 16:15 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 13 dekabr tarixində məlumat verir.
Hadisə H.Əliyev prospektində, “Üç Gözəl” şadlıq sarayının qarşısında baş verib. “VAZ-2106” və “Lada Priora” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə YPX-nin əməkdaşları cəlb olunublar.
Şahidlər bildiriblər ki, “06” piyada keçidində adama yol vermək üçün dayanmışdı. Bu zaman hərəkətdə olan “Priora” ona çarpıldı.