Qubada su borusunun partlaması sosial şəbəkədə maraq doğurub.
Shimal.News xəbər verir ki, hadisə Qubanın Küsnətqazma kəndində baş verib. Borudan çıxan su təxmini 30 metr hündürlüyə qalxıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qəzanın ötən gün baş verdiyi bildirilib:
"Ərazidən keçən yük maşını su xəttini dağıdıb. Əraziyə dərhal idarənin işçiləri cəlb olunub və qəza aradan qaldırılıb",- deyə məlumatda deyilir.