Quba rayonunda ölümlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 3 oktyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Hadisə oktyabrın 2-si, axşam saatlarında rayonun Xucbala kəndi ərazisində qeydə alınıb. Avtomobil yoldan keçən rayon sakini Zülfüqar Məmmədovu vurub. Nəticədə piyada dünyasını dəyişib.