Bu gün Novruz bayramının ikinci çərşənbəsi - Od çərşənbəsi qeyd olunur.
Bu münasibətlə Quba rayonunun Rustov kəndində də bayram tədbiri təşkil edilib. Rustov kənd tam orta məktəbinin həyətində keçirilən şənlikdə Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə sədri, müəllimlər, şagirdlər, valideynlər və kənd ağsaqqalları iştirak ediblər.
Tədbir zamanı tonqal qalanıb, Novruz ənənələri nümayiş etdirilib, şagirdlərin hazırladığı səhnəciklər təqdim olunub.
Kənddə əsl bayram ab-havası yaşanıb.