Qubada saat 13:00 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 27 fevral tarixində xəbər verir.
Qəza H.Əliyev prospekti ilə N.İbrahimov küçəsinin kəsişməsində baş verib. “Nissan” və “VAZ” markalı avtomobillər toqquşub.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Xəsarət alan yoxdur.