Quba şəhərinin Vaqif küçəsində yol nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, "Vaz 2106" markalı minik avtomobili yolun kənarında dayanan "ZİL" markalı yük maşınına çırpılıb.
Qəza zamanı minik avtomobilində olan şəxslər yüngül xəsarət alıb, onlara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.